İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında antiterror əməliyyatı keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əməliyyatlar zamanı dördü İraqın Hakurk, ikisi isə Metina bölgələrində olmaqla ümumilikdə 6 PKK/KCK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri tərəfindən daha beş terrorçu İraqın şimalında “Pəncə-Kilit” və “Pəncə-Pələng” əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib.

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM