Misirdə kilsədə yanğın nəticəsində azı 41 nəfər ölüb

Misirdə kilsədə yanğın nəticəsində azı 41 nəfər ölüb

Misirin paytaxtı Qahirənin Giza rayonunda Əbu Səfein qibti kilsəsində baş vermiş yanğın nəticəsində azı 41 nəfər ölüb, 14 yaralı var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, faciə kilsədə ayin zamanı baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanğında həlak olanların ailələrinə başsağlığı verib, bu insidenti ağır faciə adlandırıb.

Misirin Baş Prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM