Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib

Ermənistanda bir sıra obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib

Ermənistan Fövqəladə Hallar Nazirliyinə paytaxt ərazisindəki bir sıra mühüm strateji əhəmiyyətli obyektlərə partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbər daxil olub.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, FHN-ə daxil olan məlumata əsasən, İrəvan metropoliteninin bütün stansiyalarında, hərbi və mülki obyektlərdə, ticarət mərkəzlərində, zooparkda, parlament binasında, Surb Qriqor Lusaroviç kilsəsində partlayıcı qurğular yerləşdirilib.

Bütün metrostansiyaların fəaliyyəti dayandırılıb.
Hazırda həmin ərazilərə xilasedicilər, mütəxəssislər cəlb edilib.
Həmin ərazilərdən əhalinin təxliyəsinə başlanılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər