satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə yağan leysan yağışları bir çox fəsadlara səbəb olub

Türkiyədə yağan leysan yağışları bir çox fəsadlara səbəb olub

Türkiyədə leysan yağışları bir çox fəsadlara səbəb olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, avqustun 15-də gecə saatlarından başlayaraq İstanbul və Ankara da daxil olmaqla, Türkiyənin bir çox bölgəsində leysan yağışları öz təsirini göstərib.

Güclü yağıntı səbəbindən Bursa vilayətində 260 evi su basıb, yollarda iri gölməçələr yaranıb. Bölgədə əsən güclü külək ağacları aşırıb, dam örtüklərini uçurub. Təbiət hadisəsi yollarda avtomobil qəzalarına da səbəb olub.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) hadisə ilə bağlı verilən açıqlamada bildirilib ki, fəlakət bölgələrinə çox sayda canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, avqustun 14-də hidrometeoroloqlar tərəfindən Türkiyənin 17 vilayətində kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Yağıntıların axşam saatlarınadək davam edəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM