satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Rusiya ordusunun generalı öldürülüb

Ukraynada Rusiya ordusunun generalı öldürülüb

Ukraynada Rusiya ordusunun generalı öldürülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib.

"Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb", - o deyib.

Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda düşmənin xeyli sayda canlı qüvvəsinin artilleriya zərbəsi ilə zərərsizləşdirildiyini də əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM