satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna limanlarından taxıl yüklü daha beş gəmi yola düşüb

Ukrayna limanlarından taxıl yüklü daha beş gəmi yola düşüb

Ukraynadan taxıl və digər ərzaq məhsullarının daşınması üçün Türkiyə dövlətinin təşəbbüsü ilə açılan dəhliz vasitəsilə daha beş gəmi limanlardan yola düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, taxıl yüklü gəmilərdən ikisi Yujnı, üçü isə Çornomorsk limanlarından yola çıxıb.

Bundan əlavə, bu gün Ukrayna limanlarına gedəcək dörd gəmi də Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM