satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib, azı 15 nəfər ölüb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib, azı 15 nəfər ölüb

Türkiyənin Qaziantep vilayətində baş verən zəncirvari avtomobil qəzası nəticəsində azı 15 nəfər ölüb, çox sayda yaralı var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qaziantep valisi Davut Gül bildirib.

Hadisə ölkənin Tarsus-Adana-Qaziantep magistralında baş verib.

Hadisə zamanı ölənlərdən ikisi səhiyyə işçisi, üçü yanğınsöndürən, digər ikisi isə Türkiyənin “İhlas” xəbər agentliyinin əməkdaşlarıdır. Qəza nəticəsində sərnişin avtobusu dərəyə aşıb.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM