satellite   Azerspace-1: 11135 H 30000

Sarayevodakı Milyaçka çayı qurumaq təhlükəsi ilə üzləşib

Sarayevodakı Milyaçka çayı qurumaq təhlükəsi ilə üzləşib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan keçən Milyaçka çayı qurumaq təhlükəsi ilə üzləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ölkədə müşahidə olunan anomal istilər və quraqlıq çayın mənbəyini qurumaq təhlükəsi ilə üz-üzə qoyub.

Mütəxəssislərin fikrincə, son dövrlərdə ölkədə yağıntının miqdarının azalması çaylarda su səviyyəsinin azalmasına, bəzilərinin isə qurumasına səbəb olub.

Paytaxtın mərkəzindən keçən Milyaçkada suyun səviyyəsinin kəskin azalması isə ekosistemə və çaydakı canlılara mənfi təsir göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM