satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədən Pakistana yardım vasitələri göndərilib - FOTOLAR

Türkiyədən Pakistana yardım vasitələri göndərilib<font color=red> - FOTOLAR</font> Türkiyədən Pakistana yardım vasitələri göndərilib<font color=red> - FOTOLAR</font> Türkiyədən Pakistana yardım vasitələri göndərilib<font color=red> - FOTOLAR</font>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyədən Pakistana yardım vasitələri göndərilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda deyilir: “Güclü musson yağışlarının yaratdığı sel fəlakətində zərər görmüş pakistanlı qardaşlarımıza çatdırılacaq yardım vasitələrini aparan iki təyyarəmiz Ankaranın Etimesgut hava limanından hərəkət edib. Baş vermiş təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədən Pakistana yardım vasitələrinin göndərilməsi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyası ilə baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM