satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov: Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır

Sergey Lavrov: Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır

Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Zvezda” telekanalına müsahibəsində bildirib.

Nazir deyib ki, indiki dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında Qoşulmama Hərəkatı müsbət potensiala malikdir. BMT-də 120 səsə malik Qoşulmama Hərəkatı bu beynəlxalq təşkilatın qərarlarına ciddi təsir göstərə bilir.

Xatırladaq ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmayan 120 dövləti özündə birləşdirir. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və hazırda təşkilata sədrlik edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM