satellite   Azerspace-1: 11135 H 30000

CNN: Ukrayna ordusu dörd kəndi geri alıb

CNN: Ukrayna ordusu dörd kəndi geri alıb

Ukrayna ordusu Xerson yaxınlığındakı iki və Vısokopolye yaxınlığındakı daha iki kəndi Rusiya hərbçilərindən azad edib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi CNN-ə istinadən xəbər verir.

Məlumata görə, Ukrayna qoşununun əməliyyatı gecə saatlarında Rusiya hərbçilərinin mövqelərinin ön və arxa tərəfin kütləvi atəşə tutulması ilə başlayıb.

"Hücumun əsas istiqaməti Pravdino üzərində idi. Biz onların "DXR" və "LXR"-dən olan piyadalarını vurduq, qaçdılar. Rusiya qoşunlarının hərbçiləri onların arxasınca qaçdılar", - mənbə agentliyə deyib.

Qeyd edilir ki, Ukrayna hərbçiləri üç mövqedə Rusiya qoşunlarının müdafiəsini yarıb və dörd yaşayış məntəqəsini azad edib.

Həmin kəndlər Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdinodur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM