satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu cəbhə xəttini yarıb və hücum əməliyyatlarını genişləndirir

Ukrayna ordusu cəbhə xəttini yarıb və hücum əməliyyatlarını genişləndirir

Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri avqustun 29-da cəmi bir neçə saat ərzində bir sıra istiqamətlərdə cəbhəni yarmağa müvəffəq olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukrayna Prezidentinin müşaviri Aleksiy Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna hərbçiləri hücumu fəal şəkildə genişləndirir.

"Ukrayna Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə cəbhə xəttini yarıb və hücumu dərindən inkişaf etdirirlər", - o bildirib.

Eyni zamanda Arestoviç qeyd edib ki, Ukrayna hərbçiləri körpülər vasitəsilə tədarükləri kəsib və bərə keçidlərini dağıdıblar.

Xatırladaq ki, avqustun 29-da Ukrayna hərbçiləri Xerson uğrunda döyüşlərə başlayıb. Məlumata görə, Rusiya hərbçiləri müdafiənin birinci xəttindəki mövqelərini tərk etdilər.

Dünən həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri cənubda 4 kəndi geri alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM