satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin dövlət rəsmiləri Anıtqəbri ziyarət ediblər

Türkiyənin dövlət rəsmiləri Anıtqəbri ziyarət ediblər

Otuz avqust-Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin dövlət rəsmiləri Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən ziyarətdə ölkənin hərbi-siyasi elitası iştirak edib.

Anıtqəbr önünə əklil qoyulub, dövlət himni səsləndirilib.

Türk xalqının xilaskar oğlunun əziz xatirəsinə ehtiram ifadə olunub.

Türkiyə dövlət başçısı “Xatirə kitabı”nı yazıb.

Qeyd edək ki, bu gün Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə bayram tətilidir.

Ölkənin hər yerində milli qurtuluş savaşını taclandıran 30 Avqust Zəfəri təntənə ilə qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM