satellite   Azerspace-1: 11135 H 30000

Qarabağda müharibədə ölən erməni əsgərlərin valideynləri Paşinyanın həbsini tələb edirlər

Qarabağda müharibədə ölən erməni əsgərlərin valideynləri Paşinyanın həbsini tələb edirlər

Ermənistanın paytaxtı İrəvanda 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları Baş Prokurorluq qarşısında aksiya keçirir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Vazgen Sarkisyan küçəsini kəsən etirazçılar baş prokuror Artur Davtyandan Baş nazir Nikol Paşinyana qarşı cinayət işi açaraq onu həbs etməyi tələb edib.

Onlar Nikol Paşinyanın sabah Brüsselə səfər etməzdən qabaq həbs olunmasını tələb ediblər.

Bir müddət sonra etirazçılar küçəni hərəkətə açsalar da, Baş Prokurorluq önündə aksiyalarını davam etdirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM