satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski: Müharibədən sonra Ukraynanın bərpası üçün təxminən 800 milyard dollar lazımdır

Volodimir Zelenski: Müharibədən sonra Ukraynanın bərpası üçün təxminən 800 milyard dollar lazımdır

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başa çatdıqdan sonra Ukraynanın bərpası üçün təxminən 600-800 milyard dollar lazımdır. Hazırda əsas diqqət infrastrukturun bərpasına yönəldilməlidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Fransa Müəssisələri Hərəkatı"na müraciətində qeyd edilib.

Eyni zamanda qeyd edib ki, indi dəqiq rəqəm söyləmək çətindir, çünki müharibə bitməyib.

"Mən bu gün əsas diqqəti infrastrukturun - təhsil, liman və nəqliyyat infrastrukturlarının və insanlar üçün mənzillərin bərpasına yönəldərdim, çünki bizim vəzifəmiz insanları öz evlərinə qaytarmaqdır",- deyə Ukrayna Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM