satellite   Azerspace-1: 11135 H 30000

Rusiya nüvə silahı təlimləri keçirib

Rusiya nüvə silahı təlimləri keçirib

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun strateji çəkindirici qüvvələrin təlimi barədə məruzəsini qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 26-da Rusiya düşmənin nüvə zərbəsinə cavab olaraq yerüstü, dəniz və aviasiya silahlarından genişmiqyaslı nüvə zərbəsi endirilməsinə dair təlimlər keçirib.

Rusiya Prezidenti Vladimir Putin Kremldəki kabinetindən videoəlaqə vasitəsilə müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.

Kremldən bildiriblər ki, strateji çəkindirmə təlimlərində qarşıya qoyulan vəzifələr yerinə yetirilib, ballistik və qanadlı raketlərin hamısı hədəfinə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM