satellite   Azerspace-1: 11135 H 30000

Bloomberg: İlon Mask “Twitter” kompaniyasında böyük ixtisar aparmağı planlaşdırmır

Bloomberg: İlon Mask “Twitter” kompaniyasında böyük ixtisar aparmağı planlaşdırmır

Amerikalı milyarder İlon Mask bəzi KİV-lərin iddia etdiyi kimi, “Twitter” kompaniyasının işçilərinin dörddə üçünü ixtisar etmək fikrində deyil.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Böyük ixtisarlar barədə ötən həftə “The Washington Post” qəzeti xəbər vermişdi. Məlumata görə, sahibkar kompaniya əməkdaşlarının sayını hazırkı 7,5 min nəfərdən 2 min nəfərə qədər azaltmağı planlaşdırır.

Bu ilin aprelində “Twitter” kompaniyasının rəhbərliyi İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib. May ayında sahibkar saxta və kütləvi şəkildə reklam hesablarının göndərilməsi üçün istifadə edilən hesabların ümumi istifadəçilərin 5 faizindən az olduğunu təsdiqləyən məlumat əldə etməyə çalışıb. İyulun əvvəlində isə İlon Maskın vəkilləri biznesmenin sövdələşmədən imtina etdiyi barədə kompaniyanı məlumatlandırıb.

Tərəflər arasında bir neçə ay davam edən münaqişədən sonra danışıqlarda irəliləyiş əldə edilib. Kompaniya və sahibkar məhkəmə çəkişmələri ilə məşğul olmaq əvəzinə, sövdələşməni başa çatdırmaq qərarına gəlib. Bəzi məlumatlara görə, müvafiq saziş oktyabrın 28-də imzalanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM