satellite   Azerspace-1: 11135 H 30000

Fatih Sultan Mehmetin təsvir olunduğu medalyon 38 min funt sterlinqə satılıb

Fatih Sultan Mehmetin təsvir olunduğu medalyon 38 min funt sterlinqə satılıb

Dünyada cəmi 4 nüsxəsi olan Fatih Sultan Mehmetin təsvir olunduğu antik medalyon Britaniyada keçirilən hərracda 38 min funt sterlinqə satılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Londonda “Christie's” hərrac evində “İslam və Hindistan dünyası sənəti, Şərq kilimləri və xalçaları” adlı hərrac keçirilib. Hərracda hökmdar Fatih Sultan Mehmetin təsvir olunduğu çox nadir medalyon naməlum alıcı tərəfindən alınıb.

Sikkənin üzərində “Bizans imperatoru Osmanoğlu Sultan Məhəmməd” yazılıb.

Bürüncdən tökmə diametri 11,5 santimetr olan medalyon intibah dövrünün ən gözəl portret medalyonlarından biri hesab olunur.

İtalyan heykəltaraş və rəssam Kostanza de Ferraranın hazırladığı medalyon fransız kolleksiyaçı Şarl Düprizin ailəsi tərəfindən hərraca çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM