satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan ordusunun dörd hərbi qulluqçusu xidmət yerindən qaçıb

Ermənistan ordusunun dörd hərbi qulluqçusu xidmət yerindən qaçıb

Son vaxtlar Ermənistan silahlı qüvvələrinin bölmələrində fərarilik halları yenə artmaqdadır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, bu günlərdə daha 4 hərbi qulluqçu xidmət yerini özbaşına tərk edib.

Yayılan xəbərlərdə bildirilir ki, erməni hərbçiləri mütəmadi olaraq döyüldüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qaldıqlarına görə bu addımı atıblar.

Ermənistanın Gorus rayonunun Xndzoresk yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrdən birində baş verən hadisə ictimaiyyətdən gizlədilir. Hərbi hissə komandirinin fərarilik edən hərbçilərin axtarılması və tapılaraq xidmət yerinə qaytarılması ilə bağlı məktubuna əsasən hərbi polis tərəfindən tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM