satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qarşıya qoyulan dörd əsas vəzifəni açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qarşıya qoyulan dörd əsas vəzifəni açıqlayıb

“İşğalçılar mütləq atəş üstünlüyünə və qoşun sayının artmasına baxmayaraq, döyüş meydanında uğur qazana bilmirlər. Ukrayna Silahlı Qüvvələrinin qarşısında dörd əsas vəzifə durur”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı teleqramda bildirib.

V.Zalujnı amerikalı həmkarı general Mark Milli ilə telefon danışığı zamanı Ukrayna Ordusunun əsas vəzifələri barədə məlumatlandırıb:

- işğal olunmuş əraziləri azad etmək;

- düşmənin yeni əraziləri tutmasının qarşısını almaq,

- dövlətin mühüm infrastrukturunu hava hücumundan müdafiə və raket əleyhinə müdafiə vasitələri ilə təmin etmək;

- gələcək hərbi əməliyyatların aparılması üçün ehtiyatların formalaşdırılması və hazırlanmasını davam etdirmək.

“Ukraynalı əsgər və zabitlərin cəsarəti və peşəkarlığı sayəsində bizim xətlərimiz dəyişməz olaraq qalır və müdafiə əməliyyatı plana uyğun olaraq uğurla həyata keçirilir”, - V.Zalujnı vurğulayıb.

Xatırladaq ki, Zalujnı Milli ilə sonuncu dəfə oktyabrın 25-də danışıb. Həmin danışıqda Zalujnı amerikalı həmkarını əmin edib ki, Ukraynanın “çirkli bomba”dan istifadə etmək planları ilə bağlı Rusiyanın ittihamları dezinformasiyadır və Ukrayna Silahlı Qüvvələrində kütləvi qırğın silahının heç bir növü yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM