satellite   Azerspace-1: 11135 H 30000

Seulda Hellouin şənliyində ölənlərin sayı 120-yə yüksəlib

Seulda Hellouin şənliyində ölənlərin sayı 120-yə yüksəlib

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda ölənlərin sayı 120-yə yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Yonhap agentliyinə istinadla xəbər verir ki, Seulun mərkəzi rayonlarından sayılan Yonqsanın əsas küçələrindən olan İtavonda baş vermiş hadisə yerində hazırda axtarış işləri aparılır. Xəstəxanalarda təxminən 100 nəfər var.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM