satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan ordusunda əsgərlər arasında atışma olub, ölən var

Ermənistan ordusunda əsgərlər arasında atışma olub, ölən var

Ermənistan Silahlı Qüvvələrində xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub. Onlardan biri ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində ölüb.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM