satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya 40 raket atılıb, bir neçə vilayətdə partlayışlar törədilib

Ukraynaya 40 raket atılıb, bir neçə vilayətdə partlayışlar törədilib

Oktyabrın 31-də səhər saatlarında Ukraynanın hava məkanına 40-a yaxın raket atılıb, ölkənin bir neçə vilayətində partlayışlar törədilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin baş müşaviri Anton Geraşenko bildirib.

Belə ki, Kiyevdə partlayış baş verib və bundan sonra elektrik enerjisi kəsilib.

Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul bildirib ki, bu yaşayış məntəqəsi istiqamətində raket atılıb.

Bundan başqa, Ukraynanın Vinnitsa, Kirovoqrad, Poltava və Kiyev vilayətlərində partlayış olub.

Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov sosial şəbəkə səhifəsində yazıb: “Xarkov vilayətinin sakinləri sığınacaqdadır. İşğalçılar zərbə endirir. Rusiya hərbçiləri Ukraynanın Xarkov şəhərində həyati vacib obyektləri atəşə tutublar”.

Həmçinin qeyd olunub ki, Ukraynanın Zaporojye şəhərində də partlayışlar törədilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM