satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar Ukraynanın müdafiə və infrastuktur nazirləri ilə taxıl ixracını müzakirə edib

Hulusi Akar Ukraynanın müdafiə və infrastuktur nazirləri ilə taxıl ixracını müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oliksiy Reznikov və eləcə də bu ölkənin infrastruktur naziri Oleksandr Kubrakov ilə telefonla danışıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar taxıl ixracı məsələsini müzakirə ediblər.

H.Akar bu prosesin müharibədən asılı olmayaraq reallaşmasının zəruriliyini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri deyib ki, Türkiyə regionda sülhün təmin olunması təşəbbüslərini bundan sonra da davam etdirəcək: "İndiyədək təxminən 10 milyon tona yaxın taxıl dünya bazarına ixrac olunub. Bu, qlobal qida böhranının aradan qaldırılmasına böyük töhfə verib".

Xatırladaq ki, daha əvvəl ötən gün H.Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM