satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko: “Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”

Lukaşenko: “Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib.

Məlumata görə, A.Lukaşenko deyib ki, münaqişələrin dərinləşməsi qəbuledilməzdir və bu məsələ KTMT-nin növbəti sessiyasında ciddi müzakirə olunmalıdır: “Allah etməsin, biz Tacikistan-Qırğızıstan sərhədindəki münaqişəni qızışdıraq. Bu da yolverilməzdir. Bunları bitirmək lazımdır. KTMT çərçivəsində münaqişələri başa çatdıra bilməmək iş deyil”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM