satellite   Azerspace-1: 11135 H 30000

Bursadakı yanğın tekstil fabrikinə ciddi zərər vurub

Bursadakı yanğın tekstil fabrikinə ciddi zərər vurub

Türkiyənin Bursa vilayətində Nilufər rayonunda yerləşən tekstil fabrikində baş verən güclü yanğın müəssisəyə ciddi zərər vurub. İlkin məlumata görə, tüstüdən zəhərlənən 12 nəfər xəstəxanalara çatdırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Yalova, Kocaeli, Əskişəhər və Balıkesirdən hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub. Ümumilikdə 200-ə yaxın yanğınsöndürmə maşını yanğına müdaxilə edib.

Bildirilir ki, yanğın olan hissələrdə baş verən partlayışlar divarların aşmasına səbəb olub.

Yerli hakimiyyət orqanlarının rəhbərləri hadisə yerinə gəliblər.

Təhlükəsizlik məqsədilə yaxınlıqdakı yataqxanadan tələbələr təxliyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM