satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə gəmiləri Ukraynadan ərzaq ixracına davam edəcək - Hulusi Akar

Türkiyə gəmiləri Ukraynadan ərzaq ixracına davam edəcək - Hulusi Akar

Türkiyə bayrağı altında üzən gəmilər Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılmasına baxmayaraq, Ukraynadan ərzaq ixracına davam edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Rusiya limanlarından taxıl və gübrə ixracına başlamaq üçün səylərini davam etdirir.

Qeyd edək ki, “taxıl sazişi” Ukrayna, Türkiyə, Rusiya və BMT arasında imzalanıb. Sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM