satellite   Azerspace-1: 11135 H 30000

Putin “Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb

Putin “Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə “Taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə bu gün Putin keçirdiyi müşavirədə bildirib.

O, Rusiyanın “Taxıl sazişi”ndə iştirakının bərpa olunması ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verdiyini vurğulayıb.

“Lakin Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin qeyd edib.

Putin Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM