satellite   Azerspace-1: 11135 H 30000

Ukraynadan Türkiyəyə taxıl tədarükü davam edəcək

Ukraynadan Türkiyəyə taxıl tədarükü davam edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, prezidentlər Rusiya-Ukrayna müharibəsinə dair son prosesləri müzakirə ediblər.

Danışıq zamanı Prezident Ərdoğan taxıl daşınmasında yaranan problemin əməkdaşlıqla həll olunmasından məmnunluğunu ifadə edib.

Həm Ukrayna, həm də Rusiyanın taxıl məhsullarını satmasının bütün dünya üçün kritik əhəmiyyət daşıdığını qeyd edən Türkiyə Prezidenti taxıl daşınması müqaviləsinin davam etdirilməsi, eləcə də iki ölkə arasında davam edən gərginliyin aradan qaldırılması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl daşınması üçün ayrılan dəhlizin hərbi məqsədlər üçün istifadə olunmayacağına dair təminat aldıqlarını və buna görə də gələcəkdə Ukraynadan Türkiyəyə taxıl tədarükünün davam edəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM