satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda mədəndə qaz sızması nəticəsində beş nəfər həlak olub

Qazaxıstanda mədəndə qaz sızması nəticəsində beş nəfər həlak olub

Qazaxıstanın Karaqanda vilayətindəki mədənlərdən birində qaz sızması nəticəsində beş nəfər həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazinforma istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 3-də gecə saatlarında Şaxtinsk şəhərindəki Lenin adına mədəndə baş verib. Qazma işləri zamanı qaz sızması beş nəfərin həyatına son qoyub, dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 106 nəfər isə təxliyə edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların ailələrinə başsağlığı verib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM