satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının səlahiyyət müddəti uzadılıb

Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının səlahiyyət müddəti uzadılıb

Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) səlahiyyət müddəti yenə uzadılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının sessiyasında qərar qəbul olunub. Sessiyada EUFOR “Althea”nın Bosniya və Herseqovinada sülhün və sabitliyin qorunmasında mühüm rol oynadığı, missiyanın mandatının uzadılmasının zəruriliyi vurğulanıb.

BMT Təhlükəsizlik Şurasının 15 üzvü Bosniya və Herseqovinada sülhün və sabitliyin qoruması məqsədilə EUFOR-un mandatının uzadılmasının lehinə səs verib.

Bosniya və Herseqovinada sülhü və sabitliyi təhdid edən təhlükələrin müzakirə edildiyi sessiyada çıxış edən İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Ferqal Mythen EUFOR-un bu ölkədə olmasını dəstəklədiklərini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM