satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentində nazirlə deputat arasında mübahisə düşüb

Ermənistan parlamentində nazirlə deputat arasında mübahisə düşüb

Ermənistan parlamentində iqtisadiyyat naziri Vaan Kerobyanla hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı, sahibkar Xaçatur Sukiasyan arasında büdcə dinləmələri zamanı mübahisə yaranıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, deputat naziri konkret rəqəmlər, göstəricilər, müddətlər göstərməməkdə, habelə təşkilatların adlarını çəkməməkdə ittiham edib: “Bütün suallarımıza cavab verirsiniz: "Biz bunu edəcəyik, biz demişik”. Mənə iqtisadiyyat nazirinin belə danışığı xoş gəlmir”.

Vaan Kerobyan isə deputatın iradlarını qəbul etməyib.

Sukiasyan nazirlə mübahisə edərək uca səslə deyib ki, Gürcüstan-Rusiya sərhədində “Yuxarı Lars” keçid məntəqəsindəki problemlərdən, ora yığılan avtomobillərin sayından, insanların sərhədi vaxtında keçə bilmədiyi üçün milyonlarla pul itirməsindən, məhsulların konteynerlərdə qalıb xarab olmasından xəbərdardır: “İnsanlar evlərini girov qoyublar, milyonlarla pul itirirlər, ancaq dövlət məmurları ilə əlaqə saxlaya bilmirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM