satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Türkiyənin İzmir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:29-da Buca rayonu ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 14,47 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində iki nəfərin yaralandığı, məscidin minarəsinin də zədələndiyi bildirilib. Ölənlər barədə məlumat daxil olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM