satellite   Azerspace-1: 11135 H 30000

Kiyevdə səhər saatlarında 450 min mənzil işıqsız qalıb

Kiyevdə səhər saatlarında 450 min mənzil işıqsız qalıb

Kiyevdə noyabrın 4-də səhər saatlarında 450 min mənzil işıqsız qalıb. Paytaxt sakinləri enerjiyə mümkün qədər qənaət etməyə çağırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram kanalında bildirib.

"Bu səhərə olan məlumata görə, 450 min istehlakçı, yəni Kiyevin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunmayıb. Bu, əvvəlki günlərlə müqayisədə 1,5 dəfə çoxdur", - deyə Kliçko yazıb.

O qeyd edib ki, elektrik enerjisi verilişinin dayandırılması ölkənin enerji sisteminin mərkəzi qovşağının həddən artıq yüklənməsi səbəbindən baş verir.

“Bütün paytaxt sakinlərinə müraciət edirəm, elektrik enerjisinə mümkün qədər qənaət edin, çünki vəziyyət ağır olaraq qalır!”, - deyə mer əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM