satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

Noyabrın 4-də ABŞ Ukraynaya T-72 tankları və “Hawk” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 400 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx bəyanatla çıxış edib.

Yeni hərbi yardım paketinə “Hawk” hava hücumundan müdafiə sistemləri, təmir edilmiş T-72 tankları, 250 APC M1117, 40 zirehli qayıq, 1100 “Phoenix Ghost” dronları daxildir.

Qeyd edək ki, fevral ayında Rusiyanın elan etdiyi müharibədən sonra ABŞ Ukraynaya 18,3 milyard dollar həcmində hərbi yardım göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM