satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi “Haber Global”a istinadən xəbər verir.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.

Partlayışın başvermə səbəbi açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM