satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan hərbi bölməsinin silah-sursat anbarı partlayıb

Ermənistan hərbi bölməsinin silah-sursat anbarı partlayıb

Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayış müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.

Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.

Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM