satellite   Azerspace-1: 11135 H 30000

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri avtoqəza törədiblər, ölən və yaralananlar var

Qanunsuz erməni silahlı dəstələrinin üzvləri avtoqəza törədiblər, ölən və yaralananlar var

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb.

Bildirilir ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb. Digər “könüllü”lər isə ağır yaralanıb.

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM