satellite   Azerspace-1: 11135 H 30000

İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında separatçı terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.

Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM