satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanının qırıcı təyyarəsi qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının qırıcı təyyarəsi qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının Kral Hava Qüvvələrinə məxsus olan F-16S qırıcı təyyarəsi təlim uçuşları zamanı Kral Əbdüləziz Hərbi Bazası yaxınlığında qəzaya uğrayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin sözçüsü general Turli Al Malki Saud Press agentliyinə məlumat verib. O diqqətə çatdırıb ki, təyyarənin iki zabitdən ibarət olan ekipajı tullayıcı oturacaqların işə düşməsi nəticəsində sağ qalıb.

Nazirliyin sözçüsü bildirib ki, qəzanın səbəblərini müəyyən etmək məqsədilə təhqiqat aparılır. Qırıcı təyyarənin düşdüyü ərazidə xəsarət alan olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM