satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verilib

Pentaqon: Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verilib

Pentaqon iki NASAMS hava hücumundan müdafiə sisteminin Ukraynaya verildiyini təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı, Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqdə deyib.

Rayder bildirib ki, bu sistemlər Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə kömək edəcək.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq qeyd olunan komplekslərdən istifadə edir, həmin ölkənin hərbçiləri Avropada bununla bağlı təlim keçiblər.

Bundan əvvəl məlumat yayılıb ki, ABŞ Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım edir. Yeni hərbi yardım paketinə 45 T-72 tankı, 250 M1117 zirehli transportyoru, 40 zirehli qayıq, 1 100 "Phoenix Ghost" pilotsuz uçuş aparatı daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM