satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna prezidenti: “Heç kəs xoşluqla haradansa çıxmır”

Ukrayna prezidenti: “Heç kəs xoşluqla haradansa çıxmır”

“Heç kəs xoşluqla harasa getmir. Düşmən bizə “xoş məram” nümayiş etdirmir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Dneprin sağ sahilinə çəkilməsinə dair xəbərə münasibət bildirərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna SQ addım-addım irəliləyərək mövqelərini möhkəmləndirir.

“İnformasiya məkanında çox sayda sevindirici xəbər var və bunun səbəbi məlumdur. Lakin müharibə vaxtı təmkinli olmaq lazımdır. Nəticə olduqda hər kəs biləcək. Mütləq biləcək”, – deyə Zelenski vurğulayıb.

“Lakin bir şeyi də anlamaq lazımdır. Heç kəs xoşluqla harasa getmir. Düşmən bizə “xoş məram” nümayiş etdirmir” – Ukrayna rəhbəri bildirib.

“Hər bir addım düşmənin müqaviməti və qəhrəman oğulların ölümü deməkdir. Bu səbəbdən biz çox səliqəli, emosiyasız və əlavə riskə yol vermədən hərəkət edirik. İtkilərimizin mümkün qədər az olmasına çalışırıq”, – deyə Zelenski qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM