satellite   Azerspace-1: 11135 H 30000

Parisdə keçirilən “Made in France” Sərgisində saxta məhsullar nümayiş olunur

Parisdə keçirilən “Made in France” Sərgisində saxta məhsullar nümayiş olunur

Fransanın İstehlak, Rəqabət və Saxtakarlığın qarşısının Alınması üzrə Baş İdarəsi Parisdə açılmış 10-cu “Made in France” Sərgisi çərçivəsində təqdim edilən məhsulların həqiqətən Fransa istehsalı olması ilə bağlı 1000 müəssisə arasında yoxlama aparıb. Aparılan yoxlamanın nəticəsində məhsulların 15 faizinin saxta olduğu aşkarlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Baş İdarə yoxlama nəticəsində “aldadıcı kommersiya praktikası”na dair 14 cinayət protokolu və 87 xəbərdarlıq hesabatı tərtib edib.

Yoxlamaları qeyri-ərzaq məhsulları sektorunda - səhiyyə böhranı ilə bağlı kütləvi şəkildə satılan tibbi maska və spirtli gellər, eləcə də zərgərlik, eynək, kosmetika, tekstil və mebel kimi sahələrdə “Made in France” brendi ilə məhsullar istehsal edən müəssisələrdə aparılıb.

İdarə, həmçinin onlayn satış saytlarında da milli “Made in France” və ya yerli “Fabrique en Bretagne” brendli məhsulların mənşəyi ilə bağlı 15 faiz anomaliya olduğunu aşkarlayıb. Fransız məhsullarına və yerli məhsullara artan istehlakçı müraciətini nəzərə alaraq, İdarə saxta məhsulların mənşəyinin yoxlanılması praktikasının davam etdiriləcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM