satellite   Azerspace-1: 11135 H 30000

İranda 4,5 bal gücündə zəlzələ olub

İranda 4,5 bal gücündə zəlzələ olub

Noyabrın 11-də yerli vaxtla saat 18:44 radələrində İranın cənubunda yerləşən Hörmüzgan vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri vilayətin Bəndər-Abbas rayonundan 26 km məsafədə yerləşib. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM