satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada müharibə başlayandan bəri 279 uşaq itkin düşüb

Ukraynada müharibə başlayandan bəri 279 uşaq itkin düşüb

Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 279 uşaq itkin düşmüş hesab olunur, 7460 uşaq tapılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Ukrinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti “Müharibə uşaqları” dövlət portalında məlumat yayıb. Müharibənin təsirinə məruz qalan uşaqlar haqqında noyabrın 12-nə olan məlumat belədir: 279 uşaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.

Yetkinlik yaşına çatmayanların işləri üzrə prokurorlar həmçinin Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 430 uşağın öldüyünü, 829-nun yaralandığını bildiriblər.

Baş Prokurorluqdan verilən məlumata əsasən, müharibə dövründə, ümumilikdə, 1259 ukraynalı uşaq zərər çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM