satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Prezidenti türk həmkarına başsağlığı verib

Rusiya Prezidenti türk həmkarına başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilmiş terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Məktubda Rusiya dövlətinin başçısı İstanbulda törədilmiş terror aktı zamanı həlak olanların ailələrinə səmimi təəssüfünü və dəstəyini çatdırmağı xahiş edib, yaralılara şəfa diləyib.

“Türk həmkarlarımızla terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə ən sıx əməkdaşlığa hazır olduğumuzu təsdiq edirik”, - deyə məktubda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM