satellite   Azerspace-1: 11135 H 30000

İƏT İstanbulda terror aktını pisləyən bəyanat yayıb

İƏT İstanbulda terror aktını pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi noyabrın 13-də İstanbulda törədilən terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb.

Baş katiblikdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə daxil olmuş bəyanatın mətnində bildirilir: “İƏT İstanbulda törədilən və çoxlu sayda insan tələfatına səbəb olan terror aktını qətiyyətlə pisləyir və lənətləyir. Təşkilatın Baş katibi Hissein Brahim Taha həlak olanların ailələrinə və Türkiyə hökumətinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmalarını arzulayır.

İƏT Türkiyə Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, eyni zamanda terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə barışmaz mövqeyini vurğulayır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM