satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ermənistanda mikroçiplər istehsal edən Rusiya şirkətinə sanksiya tətbiq edib

ABŞ Ermənistanda mikroçiplər istehsal edən Rusiya şirkətinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, onlar Rusiyanın hərbi sənayesinə yardım etməkdə ittiham olunur.

Ümumilikdə, sanksiyalar 14 fiziki şəxs və 28 qurumu əhatə edir.

Onların arasında Ermənistanda yerləşən şirkət də var.

“Milandr”ın Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC mikroçiplər istehsal etmək və xaricə satışlar həyata keçirmək məqsədilə yaradılmışdır.

Şirkət Rusiyanın elektronika istehsalı sektorunda çalışır.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi Ermənistanda yerləşən "Milur Electronics" MMC, İsveçrənin "Milur SA" və Tayvanın "Sharp Edge Engineering Inc" şirkətlərini qara siyahıya salıb. Hər üç şirkətin "Milandr" ilə əlaqəli olduğu vurğulanır.

“Birləşmiş Ştatlar Kremlin hərbi təchizat zəncirlərini ifşa etməyə və pozmağa davam edəcək. Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibə aparmaq üçün lazım olan avadanlıq və texnologiyadan imtina etməlidir”, - deyə Maliyyə Naziri Canet Yellen bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM