satellite   Azerspace-1: 11135 H 30000

Dövlət katibi: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır”

Dövlət katibi: “ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır”

Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşü müzakirə ediblər.

E.Blinken və N.Paşinyan humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM