satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Prezidenti: “Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur”

Ukrayna Prezidenti: “Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur”

“Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsini simvollaşdırır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammitindəki onlayn çıxışı zamanı deyib.

O bildirib ki, müharibənin hansı tərəfin qələbəsi ilə bitəcəyi artıq məlumdur.

“Xerson ölkəmizin cənubundakı ən mühüm şəhərlərdən biridir və Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəzdir. İndi isə Xerson azad edilib”, - Ukrayna lideri vurğulayıb.

V.Zelenskinin sözlərinə görə, artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər.

Qeyd edək ki, noyabrın 11-də Xerson Rusiya işğalından azad olunub. V.Zelenski noyabrın 14-də Xersona səfər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM